Goranboyda baş verən ailə faciəsinin bəzi detalları AÇIQLANDI

Goranboyda baş verən ailə faciəsinin bəzi detalları AÇIQLANDI

Goranboyda baş verən ailə faciəsinin bəzi detalları məlum olub. 

 

Sfera.az Bizim.Media-ya istinadən xəbər verir ki, 15 yaşlı Saleh Abdullayev 1978-ci il təvəllüdlü anası Lalə İsmayılovanı qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı qətlə yetirib. 


Bildirildiyinə görə ana ilə oğul arasında dəfələrlə mübahisə düşüb.

 

Dünən gecə saatlarında ana ilə oğul yenidən qızışan dava zamanı S.Abdullayev anasına boğaz və kürək nahiyyəsindən bir neçə bıçaq zərbəsi vurub. Səsi eşidən nənəsi, 1948-ci il təvəllüdlü Tamella İsmayılova onları ayırmaq istəyib. Daha sonra ətrafdakı qonşuları köməyə çağırmağa çalışsa da, nəvəsi qoca qadına da bıçaqla xəsarət yetirib.

 

Bıçaq zərbəsi alan hər iki qadın hadisə yerində ölüb. Keçirilən əməliyyatla S. Abdullayev saxlanılıb.

 

Əldə etdilən məlumata görə, Lalə İsmayılova həyat yoldaşından ayrılıb və uşaqları ilə anasının evində birgə yaşayırmışlar. Onun S.Abdullayevlə yanaşı, daha bir oğlu da var.

 

Qadın uzun müddət Goranboy Rayon Mənzil Kommunal Təsərrüfatı İsatehsalat Birliyində sahə rəisi kimi çalışırmış.

 

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma başlanılıb.


OXŞAR XƏBƏRLƏR

Konsertdə evli müdirini öpən qadın işini itirdi - FOTOLAR

“Astronomer” texnologiya şirkətinin HR direktoru Kristin Kabot “Coldplay” konsertində evli müdiri Endi Bayron ilə cinayət başında yaxala...

AKP-nin deputatı qətlə yetirildi

AKP-nin Balıkəsirdən olan millət vəkili Mehmet Anıl Yüksel qətlə yetirilib.   Sfera.az xəbər verir ki, deputat silahlı hücuma məruz qalıb.   ...

Polis adi diş pastasına görə yollardan birini bağladı - FOTOLAR

Amerikanın Aşeboro şəhərində polis bir sıra qəzaların baş verdiyi yollardan birini bağlayıb. Hüquq-mühafizə orqanlarının dediyinə görə, ehtimal olunan səbəb nam...

Sosial şəbəkədə varlı görünmək istəyi gənc oğlana baha başa gəldi

Londonun mərkəzində bərbəri milyarderlə səhv salıb qaçırıblar. Belə ki, quldurlar 21 yaşlı belçikalı bərbərin zəngin kriptovalyuta alverçisi olduğunu düşünərək ...

Goranboyda meşəyə ildırım düşdü, yanğın başladı

Goranboy rayonunda meşəlik əraziyə ildırım düşüb və daha sonra ərazidə yanğın başlayıb.   Sfera.az Report-a istinadən xəbər verir ki, hadisə yerinə F...

Bankların və BOKT-ların istehlak kreditləri üzrə orta faiz dərəcələri AÇIQLANDI

2025-ci il iyun ayının sonuna banklar tərəfindən kredit kartı vasitəsilə verilən istehlak kreditlərinin orta faiz dərəcəsi ötən ilin eyni dövü ilə müqayisədə 2 ...