Azərbaycanda qətl törədildi
Kateqoriya məlum deyil
Mingəçevirdə 42 yaşlı kişi bıçaq xəsarəti nəticəsində ölüb.
Sfera.az xəbər verir ki, hadisə şəhərin Günəşli yaşayış massivində yerləşən fərdi təsərrüfatlardan birində qeydə alınıb.
1984-cü il təvəllüdlü şəhər sakini ürək nahiyəsindən bıçaq xəsarəti alaraq xəstəxanaya çatdırılıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır./trend






