Yevlaxda odlu silahla qətl törədildi

Kriminal
09:30 / 24.07.2025
31
Yevlaxda qətl hadisəsi baş verib.
Sfera.az Report-a istinadla xəbər verir ki, rayonun Malbinəsi kəndində 1985-ci il təvəllüdlü Ruslan Mustafayev odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib.
Onu tüfənglə qətlə yetirməkdə şübhəli bilinən isə həmkəndlisi 1957-ci il təvəllüdlü Əli Rəsulovdur. Ə.Rəsulov polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.