Koçaryanın və ailə üzvlərinin əmlaklarına həbs qoyuldu
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryana və yeddi ailə üzvünə məxsus əmlaklara həbs qoyub. Ermənistan mediasının məlumatına görə, bu barədə ölkənin Baş Prokurorluğu xəbər yayıb. Qeyd olunur ki, Baş Prokurorluğun Qanunsuz Mənşəli Əmlakın Müsadirə Edilməsi İdarəsi müsadirə ilə bağlı məhkəməyə müraciət edib, məhkəmə iyulun 13-də qərar qəbul edib. Nəticədə R.Koçaryanın, onun həyat yoldaşının, uşaqlarının və onların da həyat yoldaşlarının