Bu ölkədə ərzaq bahalaşdı, hökumət fövqəladə vəziyyət elan etdi

Bu ölkədə ərzaq bahalaşdı, hökumət fövqəladə vəziyyət elan etdi

Nigeriyada yüksək inflyasiya ilə mübarizə məqsədilə maraqlı addım atılıb. Ölkənin prezidenti Bola Tinubu yüksək ərzaq inflyasiyası və qıtlıqla mübarizə aparmaq üçün ölkəsində fövqəladə vəziyyət elan edib. 


Sfera.az xəbər verir ki, Nigeriya dünyanın ən kasıb və əhalisinin sayı ən çox olan ölkələrindən biridir. Gəlirin aşağı olması səbəbindən əhali yetəri qədər ərzaq məhsulu ala bilmir, əhalinin önəmli hissəsi yoxsulluq şəraitində yaşayır. 


Yüksək inflyasiyanın baş verməsindən sonra əhalinin alıcılıq qabiliyyəti bir qədər də zəifləyib və bu, mal dövriyyəsinin azalmasına səbəb olub. Mal dövriyyəsi azaldığından kənd təsərrüfatı və sənaye mallarının istehsalı da azalıb ki, bu da qıtlıq yaradıb. 


Yaranmış vəziyyətdə dövlət kasıb ailələrə altı ay ərzində ayda 10 dollar (17 manat) yardım göstərəcək. 


BMT-nin yanvarda açıqladığı hesabatda qeyd edilir ki, 2023-cü ildə 25 milyon nigeriyalı qida çatışmazlığı ilə üzləşəcək. 


Nigeriyada qida təhlükəsizliyi probleminin yaranmasının əsas səbəblərindən biri də fermerlərin silahlı quldur dəstələr tərəfindən qaçırılmasıdır. Yalnız bir ildə 350-dən çox fermer qaçırılıb və ya öldürülüb. Bu hücumların çoxu ölkənin şimalında baş verib. 


Bu hadisələr fermerləri kənd təsərrüfatı məhsulları istehsalından çəkindirir. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR

Araşdırmaya görə, ən tənha insanların yaşadığı yerlər məlum olub

Yunanıstan və Kiprdəki səmavi mənzərələr və günəş işığının bolluğu insanın belə gözəllikdə həqiqətən xoşbəxt olacağına zəmanət vermir. Bu yerlər özünü tənha his...

Böyük evinin olmasına baxmayaraq 4 ildir maşında yaşayır - FOTO

Çinli proqramçı Zhang Yunlai öz dörd mərtəbəli evinin olmasına baxmayaraq, dörd ildir ki, elektrik avtomobilində yaşayır. Kişi bu seçimi azadlığı və rahatlığı ü...

Niyə bəzi ölkələrdə həbsxanadan qaçmaq cinayət sayılmır?

Həbsxanadan qaçmağın hər yerdə ağır cəzaya səbəb olduğunu düşünürsənsə, yanılırsan. Bəzi ölkələrdə məhbusların qaçmağa cəhdləri tamam fərqli anlayışla qarşılanı...

Ağcabədidə ağır qəza, iki hərbçi həlak oldu- VİDEO

Ağcabədidə baş verən qəzada iki nəfər ölüb.    Sfera.az-ın xəbərinə görə, hadisə rayon ərazisində baş verib.   Belə ki, hərəkətdə ola...

Azərbaycanda ən çox hansı avtomobillər kreditlə alınır?

2024-cü il üzrə Azərbaycanda fiziki şəxslər tərəfindən alınan istehlak kreditləri çərçivəsində avtomobil kreditlərinin strukturu dəyişib, ekoloji cəhətdən daha ...

“Yalı Çapkını”nın andiçmə mərasimi oldu - VİDEO

“Yalı Çapkını”nın Feriti Mert Ramazan Demirim əsgərlikdən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, Hatayda ödənişli hərbi xidmətdə...