138 yaşlı əkizlərin videosu sosial şəbəkələri partladıb - Dünyanın ən yaşlı insanları ola bilərlər

138 yaşlı əkizlərin videosu sosial şəbəkələri partladıb - Dünyanın ən yaşlı insanları ola bilərlər

Tiktokda 138 yaşının olduğunu iddia edən video ilə ad gününü qeyd edən yaşlı qadınlar fenomənə çevrilib. Video tezliklə viral olub və qısa müddətdə yarım milyona yaxın baxış toplayıb.
 

Sfera.az bildirir ki, bütün dünyanı dolaşan videoda parlaq paltarlar və zinət əşyaları geyinmiş qadınlar gülür, zarafat edir və əllərini yelləyirlər. Onların yaşı, nə də dəqiq yeri müstəqil olaraq təsdiqlənməyib. Əgər onların həqiqətən də 138 yaşı olduğu təsdiqlənsə, o zaman indiyə qədər yaşamış ən yaşlı insanlar olacaqlar.


Qeyd edək ki, mart ayında Cənubi Afrikada 128 yaşında dünyanın ən yaşlı insanı sayılan, üç müxtəlif əsr yaşamış qadın vəfat edib. Yohanna Mazibukonun evində öldüyü bildirilir. O, uzunömürlülüyünün sirri kimi təsərrüfat həyatını göstərib, həmçinin heç bir qarnirsiz çəyirtkə qızartması yediyini bildirib. Onun dünyanın ən yaşlı insanı olduğu iddiası rəsmi olaraq qəbul edilmir, lakin ABŞ əsilli Maria Branjas Morera yanvar ayında 115 yaşında Ginnesin Rekordlar Kitabı tərəfindən dünyanın ən yaşlı insanı seçilib.
 

 

Eyni zamanda, Jeanne Calment öldüyü zaman 122 yaş 164 gün olan ən yaşlı insan olub. O, 1875-ci ilin fevralında Fransada anadan olub və 1997-ci ilin avqustunda vəfat edib. Bu gün o, tarixdə ən yaşlı insan olaraq qalır, lakin onun həyatı faciələrlə doludur.
 

Uzun ömrünə görə o, cəmi bir dəfə - Fernand Nikolas Kalmentin (əmisi nəvəsi) ilə evlənib. 1896-cı ildən 1942-ci ildə Kalmentinin ölümünə qədər birlikdə yaşayıblar.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR