Yaponiyada görünməmiş fəlakət - Sınaqlar zamanı yeni kosmik raket partladı - VİDEO

Yaponiyada görünməmiş fəlakət - Sınaqlar zamanı yeni kosmik raket partladı - VİDEO

Bu gün, iyulun 14-də Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin sınaq poliqonunda yapon reaktiv daşıyıcıları üçün yeni Epsilon S mühərrikinin sınaqları zamanı partlayış baş verib.
 

Sfera.az bildirir ki, bu hadisə bu günə qədər Yaponiyanın kosmik sənayesinin uğursuzluqlar seriyasının davamıdır. Yaponiya Təhsil, Elm və Texnologiya Nazirliyinin sözçüsünə görə, heç kim xəsarət almayıb.
 

Yaponiya kosmik sənayesi uğursuzluqlarla üzləşməkdə davam edir.


Yapon rəsmiləri bildiriblər ki, partlayış Yaponiyanın Epsilon S daşıyıcı raketinin ikinci mərhələsində sınaqlara başlandıqdan təxminən 50 saniyə sonra baş verib.Bu, ötən ilin oktyabrında kosmosa buraxıla bilməyən raketin təkmilləşdirilmiş versiyasıdır.
 

Videoda yanğının sınaq meydançasından necə çıxması, bundan sonra bütün binanın alov içində qalması göstərilir.


İndi Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin nümayəndələri partlayışın səbəblərini araşdırır.


Hələ ötən ilin oktyabrında 2013-cü ildən bu yana 5 uğurlu kosmik uçuş həyata keçirən Epsilon-6 daşıyıcı raketinin uğursuz buraxılışı olub. Sonra bu raket uçuş zamanı partladılıb.
 

Bu ilin martında, yeni Yapon H3 daşıyıcı raketi də uğursuz buraxılış səbəbindən qısa müddət sonra məhv edilib.


Aprel ayında isə Yaponiyanın ilk Aya eniş aparatı Hakuto-R peykimizə enmək istəyərkən qəzaya uğraylb. Hər şey yaxşı getsəydi, tarixdə ilk dəfə özəl şirkət tərəfindən hazırlanmış eniş aparatı Aya enəcəkdi.

 

Aynil

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Bu nazirliyin yubiley medalı təsis ediləcək

Fövqəladə Hallar Nazirliyinin 20 illiyi medalı təsis ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin mayın 1-də keçirilə...

Abşeron rayonunda Zərifə Əliyevanın 102 illiyi qeyd edilib - FOTOLAR

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 102 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti...

Bakıda sahibkar qadınlar arasında türk iş adamına görə dava

Bakıda xanım həmkarına xəsarət yetirən sahibkar qadın barəsində məhkəmə qərar verib.    Sfera.az qaynarinfo.az-a istinadən xəbər verir ki, ...

İlham Əliyev siyasəti: Vətəndə sülh, Bölgədə sülh, Dünyada sülh…

XXI əsrin əvvəllərində Cənubi Qafqaz dünya siyasətində uzunmüddətli münaqişələrin, geosiyasi qarşıdurmaların, etimad böhranlarının və hətta qanlı toqquşmaların ...

İran Prezidenti: “Yaxın gələcəkdə yenidən Azərbaycana gələcəm” - VİDEO

İran Prezidenti yaxın gələcəkdə yenidən Azərbaycana səfər edəcək.   Bizim.Media xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Azərbayc...

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub.   Bu barədə Sfera.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən x...