“Titanik”in rejissoru "Titan" haqqında da film çəkə bilər

“Titanik”in rejissoru

Göyərtəsində olan 5 nəfərin “Titanik”in qalıqlarına baxa bilməsi üçün Atlantik Okeanının dibinə batan, heç vaxt üzə çıxmayan “OceanGate Titan” sualtı qayığının faciəsi bütün dünyanı şoka salıb. İndi ölən insanların da görmək istədikləri əfsanəvi gəminin qəzası haqqında fəlakət filmini çəkən, planetin ən uğurlu rejissorlarından biri Ceyms Kameron sualtı qayıq haqqında olan bu hekayəni də lentə ala bilər.
 

Sfera.az xəbər verir ki, nə serialı çəkmək istəyən striminq xidmətinin adı, nə də gələcək layihənin maliyyələşdirilməsinin həcmi hələlik açıqlanmayıb. Onlar rejissor kürsüsündə Cameronu, aktyor heyəti arasında isə Mett Deymon və Kumail Nanjianini görmək istəyirlər.
 

Jurnalistlərin sözlərinə görə, böyük bir yayım platforması dram serialının rejissorluğu ilə bağlı Ceymsə müraciət edib.


"Titan Fəlakəti artıq dünyanın ən böyük yayımçılarından biri üçün böyük bir serial olaraq görülür və Ceyms rejissorluq üçün ilk seçimdir. Bu, Ceymsin ürəyinə yaxın bir mövzudur. “Titan”ın göyərtəsində olanların addımlarını izləmək böyük bir işdir, lakin bu, çox vaxt, pul və resurs tələb edəcək”- deyə mənbə jurnalistlərə bildirib.
 

Kemeron dalğıc cəmiyyətinin fəal üzvüdür. Amerikalı faciəvi hekayəsini böyük ekranda təcəssüm etdirməzdən əvvəl laynerin qalıqlarının olduğu okeanın dibinə 33 dəfə enib. Bundan əlavə, o, dünyada tanınmış dərin dəniz mütəxəssislərindən biri hesab olunur.
 

Fevral ayında Kameron 1986-cı ildə HOV (Human Occupied Vehicle) tədqiqat sualtı gəmisi olan “Alvin” tərəfindən “Titanik” gəmisinin ilk kəşfinin görüntülərini yayımlayıb.


2012-ci ildə Kameron, dərinliyi 35,876 fut olan okeanın ən dərin nöqtəsi Mariana çökəkliyində “Deepsea Challenger” adlı sualtı gəmini sınaqdan keçirib. Orada Kemeron nümunələr toplayıb və “Nat Geo” haqqında sənədli film çəkib.
 

Hələlik rejissor qarşıdan gələn layihə ilə bağlı məlumatı şərh etməyib. Bununla belə, serialın heyətinə qatıla biləcəklər arasında Oskar mükafatlı Mett Deymon və “Böyük Xəstə” romantik komediyasının ulduzu, pakistanlı amerikalı komediya aktyoru Kumail Nanjianinin də olduğu barədə şayiələr var.
 

Xatırladaq ki, “Titan” qəzası zamanı 58 yaşlı britaniyalı ekstremal milyarder Hamiş Hardinq, “OceanGate Expeditions” şirkətinin 61 yaşlı prezidenti və qurucusu Stockton Rush, 73 yaşlı fransız akvanavt Paul-Henri Narjolet, 48 yaşlı pakistanlı iş adamı Şahzadə Davud və onun 19 yaşlı oğlu Süleyman dünyasını dəyişib. Turistlər “Titanik”ə səyahət üçün 250 min dollar ödəyiblər.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR