Elvis Preslinin evi və dəfn yeri hərraca çıxarılacaq
Elvis Preslinin Elvis Presli Bulvarındakı tarixi “Qreyslend” (“Graceland”) evi ətrafındakı torpaq sahəsi ilə birlikdə hərracda satılacaq. Sfera.az bildirir ki, rok kralının nəvəsi Riley (Rayli) Keough artıq sövdələşməni saxtakarlıq adlandırıb. O, satışın fırıldaqçılıq olduğunu iddia edərək, məhkəməyə müraciət edəcək. Keoghun vəkilinin dediyinə görə, məhkəmə çərşənbə gününə təyin edilib. Hüquqi bildirişə görə, Raylinin anası və Elvisin yeganə övladı, mərhum Liza Mari Presli 2018-ci ildə