35 viza lazımdır: Afrikanın ən zəngin adamı sərbəst gəzə bilmir

Afrikanın ən varlı adamı olan Aliko Danqote öz qitəsi daxilində səyahət etməyin onun üçün çətin olduğundan şikayətlənib. Gülməli odur ki, avropalılar və ya amerikalılar üçün bunu etmək daha asandır.
Sfera.az bildirir ki, Nigeriya əsilli Aliko Danqote bir çox ölkədə bizneslə məşğul olsa da, Afrikanı keçərkən Avropa pasportu ilə gələnlərdən daha çox maneələrlə üzləşdiyindən şikayətlənir.Aliko Danqote Afrikanın ən zəngin adamıdır
17 milyard dollardan çox sərvəti olan Aliko Danqote Afrika sərhədlərini keçərkən həddindən artıq bürokratiya ilə üzləşdiyini bildirir. Onun çox vaxt səfirliklərə getməyə belə vaxtı olmur.
67 yaşlı Danqote, Kiqalidə keçirilən Afrika CEO Forumunda iştirak etməlidir.
"Bir investor olaraq, Afrikanı möhtəşəm etmək istəyən biri kimi, pasportumda 35 fərqli viza üçün müraciət etməliyəm".
"Viza almaq üçün pasportla səfirliklərə getməyə həqiqətən vaxtım yoxdur"-deyə o, hər kəsin ona gülməsindən şikayətlənir.
Qeyd edək ki, Ruanda 2023-cü ildə bütün Afrika vətəndaşları üçün vizaları ləğv edib. Benin, Qambiya və Seyşel adaları da bütün afrikalılar üçün vizasız giriş təklif edir.
Ancaq bir çox Afrika ölkəsi hələ də digər afrikalılardan viza tələb edir. Bu açıq-aşkar ayrı-seçkilik, düşmənçilik və lazımsız ödənişlərlə dolu bir prosedurdur.
Nigeriyalı səyahət direktoru Tayo Aina Efiopiyaya getmək üçün hətta testlərdən keçməli olduğunu bildirir. O, həmçinin Nigeriya pasportuna görə Keniya və Cənubi Afrikanın hava limanlarında saxlanılıb. O, Karib hövzəsindəki Sent Kitts və Nevis ölkəsindən 150.000 dollara daha sərbəst səyahət edə bilməsi üçün özünə pasport alıb.
31 yaşlı Tayo deyir: "Bəzən bir ölkəyə gedirsən və gələndə artıq viza yoxdur. Elə hallar olur ki, insanlar yerə enən zaman ölkə hökumətinin siyasət dəyişikliyinə görə deportasiya olunurlar".
Afrika Birliyi, məqsədlərindən birinin məhdudlaşdırıcı qanunları dəyişdirərək, vizasız səyahəti təmin etmək olduğunu bildirib. Afrikalıların öz qitələrində səyahət, işləmək və yaşamaq imkanlarına qoyulan məhdudiyyətləri aradan qaldırmağı qarşısına məqsəd qoyan Birlik, bu planda irəliləyişin çox yavaş getdiyini bildirir.
Ola bilsin ki, Afrikada səyahət daha da çətinləşsin. Xəbər verdiyimiz kimi, ABŞ qoşunlarını artıq Nigeriyadan çıxarmağa başlayıb. 2023-cü ildəki yay çevrilişindən bəri Nigeriyanı hərbi xunta idarə edir. Hərbi xunt əvvəlcə fransız, indi isə Amerika qoşunlarını ölkədən qovub.
Aysel
Sfera.az