Elvis Preslinin evi və dəfn yeri hərraca çıxarılacaq

Elvis Preslinin Elvis Presli Bulvarındakı tarixi “Qreyslend” (“Graceland”) evi ətrafındakı torpaq sahəsi ilə birlikdə hərracda satılacaq.
Sfera.az bildirir ki, rok kralının nəvəsi Riley (Rayli) Keough artıq sövdələşməni saxtakarlıq adlandırıb. O, satışın fırıldaqçılıq olduğunu iddia edərək, məhkəməyə müraciət edəcək. Keoghun vəkilinin dediyinə görə, məhkəmə çərşənbə gününə təyin edilib.
Hüquqi bildirişə görə, Raylinin anası və Elvisin yeganə övladı, mərhum Liza Mari Presli 2018-ci ildə “Graceland”ı girov göstərərək, 3,8 milyon dollarlıq kredit alıb. Bunun üçün etibarnamə imzalanıb.
İndi isə kreditor ötən il dünyasını dəyişən Liza Marinin pulu qaytarmadığını bildirib.
Öz növbəsində, Rayli anasının heç bir kredit üçün müraciət etmədiyini iddia edir və adı çəkilən şirkətin istifadə etdiyi sənədləri, eləcə də onların üzərində anasının imzalarını saxta adlandırır.
Qızı hətta əmindir ki, notarial qaydada təsdiqlənmiş etibarnamənin verildiyi “Naussany Investments” heç real şirkət belə deyil.
Sənədlərdə qeyd olunan notarius da Liza Marinin imzasını notarial qaydada təsdiq etdiyini və ya onunla nə vaxtsa görüşdüyünü inkar edir.
"Elvis Presley Enterprises” bu iddiaların saxta olduğunu təsdiq edə bilər. Girov satışı yoxdur. Sadə dillə desək, qarşı iddia fırıldaqçılığı dayandırmaq üçün verilir"- hazırda Preslinin əmlakının icraçısı olan “Elvis Presley Enterprises” nümayəndələri bildiriblər.
Qeyd edək ki, Elvis Presli 1957-ci ildə Memfisdəki “Qreyslend” malikanəsini 102.500 dollara satın alıb. Bu malikanə, təkcə ulduzun ailəsi ilə birlikdə yaşadığı ilk evi deyil, həm də milyonlarla pərəstişkarının ziyarətgahına çevrilən mülkdür.
Elvis Presli bu evi çox sevirdi. O, cəmi 42 yaşında ikən məhz burada vəfat edib.
Məhz “Qreyslend”də Rock-n-Roll kralı "Mavi Milad" və "Hamısı sarsıldı" da daxil olmaqla bir çox məşhur hitlərini yazıb, elə burada da vəfat edib.
Liza Mari 1977-ci ildə atası vəfat etdikdən sonra əmlakı miras alıb. Daha sonra malikanə 1982-ci ildə muzey kimi ictimaiyyətə açılıb. Liza Mari 2023-cü ilin yanvarında vəfat edəndə qızı avtomatik mülkün varisinə çevrilib.
Tennessi ştatının Memfis şəhərində yerləşən 13,8 hektarlıq mülkə hər il yüz minlərlə ziyarətçi gəlir. Mülk, 1939-cu ildə Ruth Brown Moore və onun həyat yoldaşı Dr. Thomas D. Moore tərəfindən tikilib. Torpağın ilk sahibi Ruth Grace Toof xalanın şərəfinə malikanə “Graceland” adlandırılıb.
Ərazidə malikanənin özü, ərzaq mağazası, Elvis geyimləri muzeyi, ulduzun avtomobillərinin və hətta traktorlarının sərgisi, həmçinin iki şəxsi təyyarəsi də var.
Bundan əlavə, burada Elvisin valideynləri Vernon Presli və Qledis Lav Smit, Liza Mari və oğlu Benjaminin dəfn olunduğu ailə qəbiristanlığı var.
Xanım
Sfera.az