Devid Bekhem “Hugo Boss” kolleksiyasının dizayneri oldu - FOTOLAR

Devid Bekhem “Hugo Boss” kolleksiyasının dizayneri oldu - FOTOLAR

“Hugo Boss” kişi kolleksiyasında Devid Bekhem ilə çoxillik əməkdaşlıq edəcəyini açıqlayıb.

 

Sfera.az xəbər verir ki, əməkdaşlıq “Boss Menswear” üçün ilk növdür. Belə ki, “Boss Menswear” “Hugo Boss” kolleksiyasının ilk kişi xəttidir. Bu illər ərzində Devid Bekhem bir çox məşhur brendlərlə əməkdaşlıq edib. “Hugo Boss” ilə müqavilə ona tamamilə yeni rolda özünü sübut etmək imkanı verəcək. Kolleksiya keçmiş ingilis futbolçu alman brendinin üslubunu və estetik dəyərlərini nümayiş etdirəcək.

 

Qarşıdakı mövsümlərdə Bekhem tərəfindən dizayn edilmiş və kuratorluq etdiyi kolleksiyalar daxil olacaq. Bekhem özü bütün yaradıcılıq prosesində iştirak edəcək. Təqdim olunan ilk kolleksiya 2025-ci ilin yaz-yay mövsümündə olacaq.

 

“Devid Bekhem həm idmanda, həm də modada əsl simvoldur. O, “Boss” dəyərlərini ən mükəmməl şəkildə təcəssüm etdirir”.

 

“Hugo Boss”un baş direktoru Daniel Qrider İnstaqram səhifəsində müvafiq yazı paylaşarkən bu məlumatı təsdiqləyib:

 

Qeyd edək ki, keçmiş “Mançester Yunayted”, “Real Madrid”, “LA Galaxy, AC Milan” və “Paris Saint-Germain”in yarımmüdafiəçisi uzun müddətdir ki, özünü sahibkar kimi təsdiqləyib. O, müxtəlif xeyriyyə layihələrində iştirak etməklə yanaşı, məşhur brendlərin reklam kampaniyaları üçün də pozalar verib.

 

"Son bir neçə il ərzində dizayn və modaya daha çox vaxt sərf etmək istəyirdim, lakin həqiqətən qlobal və təsirli bir şey yarada biləcək bir brend və komanda ilə əməkdaşlıq etdiyimə əmin olmaq istədrim. “Boss” ilə işləmək mənə çox xoş oldu. İndiyə qədər komandanın ambisiyası, yaradıcılığı və mükəmməlliyə sadiqliyi məni heyran edib”-deyə David məşhur brendlə müqavilə imzalaması barədə açıqlama verərkən bildirib. 

 

Xatırladaq ki, bu, Devid Bekhemin moda dünyasına ilk addımı deyil. O, bu illər ərzində “Adidas”, “H&M” və “Emporio Armani” kimi çoxsaylı brendlərlə əməkdaşlıq edib. Bu arada onun həyat yoldaşı Viktoriya Bekhem “Mango” ilə əməkdaşlıq edir. Bunun üçün o, klassik Britaniya üslubunu İspan sürətli moda brendinin minimalist dizaynları ilə birləşdirən kolleksiya da hazırlayıb.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...