Seçki kampanyasında faciə: Ölən və yaralananlar var 

Seçki kampanyasında faciə: Ölən və yaralananlar var 

Meksikanın Nuevo-Leon ştatında ölkə prezidentliyinə namizədin seçkiqabağı kampaniyası zamanı səhnə uçub. 

 

Sfera.az xəbər verir ki, faciə nəticəsində 9 nəfər ölüb, daha 50 nəfər yaralanıb. 

 

Jurnalistlərin məlumatına görə, çöküş Vətəndaş Hərəkatı partiyasının nümayəndəsi, namizəd Xorxe Mainesin seçki kampaniyası zamanı baş verib.


Siyasətçi Xorxe Maines çöküşün səbəbini əlverişsiz hava şəraiti, tədbir zamanı güclü küləyin olması ilə izah edib. Faciədən bir gün əvvəl də yağan güclü yağış və külək ölkənin bir sıra yaşayış məntəqələrində elektrik enerjisinin verilməsində fasilələr yaradıb.

 

Səlahiyyətlilər çökmənin biri azyaşlı uşaq olmaqla 9 nəfərin həyatına son qoyduğunu və təxminən 50 nəfərin yaralandığını bildirib. 


Siyasətçi Xorxe Maines bununla bağlı seçki kampaniyasını dayandırıb və araşdırma aparılmasını tələb edib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR