Səfa Mirzəyev vəfat etdi
Milli Məclis Aparatının sabiq rəhbəri, həqiqi dövlət müşaviri Səfa Mirzəyev vəfat edib. Sfera.az xəbər verir ki, bu barədə mərhumun ailəsindən məlumat verilib. O, uzun sürən xəstəlikdən sonra biraz əvvəl dünyasını dəyişib. Qeyd edək ki, Səfa Mirzəyev 1952-ci il mayın 12-də Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1978–1990-cı illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dekan müavini