Logo

Tokayev İran Prezidenti ilə telefonla DANIŞDI

Tokayev İran Prezidenti ilə telefonla DANIŞDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Tokayev İran Prezidenti ilə telefonla danışıb.

Sfera.az xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Məsud Pezeşkiyanı qələbə münasibətilə təbrik edib. Söhbət zamanı iki ölkə başçısı Qazax-İran münasibətlərinin daha da möhkəmlənməsində qarşılıqlı niyyətini təsdiqləyib.

Tərəflər ticari-iqtisadi, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər. Həmçinin regional və beynəlxalq gündəliyin aktual məsələlərinə dair fikir mübadiləsi aparılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR