Ukrayna səfiri: "Güclü olmaq şərtdir"

Ukrayna səfiri: "Güclü olmaq şərtdir"

Rusiya ilə Ukrayna arasında vasitəçi olmaq üçün Türkiyə kimi güclü olmaq şərtdir.

 

Sfera.az xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar deyib.

 

O, Türkiyəni digər vasitəçilik iddiasında olan dövlətlərə nümunə göstərib:

 

“Prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidan davam edən bu müharibəyə son qoymaq üçün çox səy göstərdilər, vaxt sərf etdilər. Əldə olunan və dünya miqyasında uğurlu olan “Taxıl sazişi” həm də Türkiyənin uğurudur. Türkiyə əsir mübadiləsində də uğurlu olmuşdu. Türkiyə dünyada liderdir”.

 

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Müharibənin ilk günündən etibarən Türkiyə vasitəçilik səylərini davam etdirir. Rəsmi Ankaranın vasitəçiliyi ilə indiyədək tərəflər arasında əsir mübadiləsi həyata keçirilib, "Taxıl sazişi" imzalanıb.


OXŞAR XƏBƏRLƏR