Madonnanın oğlu günlərlə ac qaldığını etiraf etdi - FOTO


Madonnanın oğlu günlərlə ac qaldığını etiraf etdi - FOTO

Madonnanın 18 yaşlı oğlu David Banda anasının malikanəsindən köçdükdən sonra az qala acından öldüyünü etiraf edib.



Sfera.az bildirir ki, Madonnanın sərvətinin 850 milyon dollar olduğu məlumdur. 18 yaşlı oğlu David Band bildirib ki, o, gitara dərsləri verməklə ayda 200 dollar qazanır. O, sevgilisi ilə birlikdə yaşayır.


21 yaşlı model Maria Atuesta ilə görüşən Devid İnstaqramda canlı yayımda şəxsi həyatı haqqında danışıb.


Madonnanın övladlığa götürdüyü oğlu əlavə edib:


"Bəzən axşam saat doqquz olanda acdığımı hiss edirəm və başa düşürəm ki, yemək yeməyə pulum yoxdur. Gənc olmaq əyləncəlidir".


Devid indi Bronksda yaşayır və gitara öyrətməklə pul qazanır. Anasının sərvəti isə 850 milyon dollardır.
 

David əvvəllər də model kimi çalışıb.


Madonnanın altı övladından biri olan David Banda anasının subay olmadığını və bir oğlanla görüşdüyünü təsdiqləyib.


Madonna Davidi 2006-cı ildə 13 aylıq olarkən övladlığa götürüb. David Malavinin qərbində yerləşən Lipunqada anadan olub. Ester və Stella adlı iki qız da 2017-ci ilin əvvəlində Malavidən övladlığa götürülüb.


Pop Diva 2007-ci ildə 4 yaşı olan və malyariyadan əziyyət çəkən Mersi adlı qızı da övladlığa götürüb.


Madonna həmçinin rejissor Qay Ritçidən Rokko adlı oğul, aktyor Karlos Leondan isə Lourdes Leon adlı qız övladı da dünyaya gətirib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR