Pensiya üçün anasının meyitini 5 il gizlətdi - TƏFƏRRÜAT

Pensiya üçün anasının meyitini 5 il gizlətdi - TƏFƏRRÜAT
Kateqoriya məlum deyil
T

Yaponiyanın Osaka şəhərində inanılmaz hadisə baş verib. Ölən anasının meyitini 5 il evdə gizlədən 60 yaşlı kişi həbs olunub.

 

Sfera.az xəbər verir ki, bu barədə Ntv Haber məlumat yayıb.

 

Bildirilib ki, polis 60 yaşlı Katsunori Onada adlı kişinin ölən anasının cəsədini təxminən 5 il evdə gizlətdiyini üzə çıxarıb. Həmin şəxsin bankdan anasının pensiyasını çəkməyə davam etmək üçün ölüm xəbərini səlahiyyətli orqanlara bildirmədiyi müəyyən edilib.

 

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

 

Ülkər Aburahmanlı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR