Suriyada üsyançılar Hələbə daxil oldu
Suriyalı üsyançılar iki minalanmış avtomobili partlatmaqla ölkənin ikinci ən böyük şəhəri olan Hələbə daxil olub və şəhərin qərb kənarında hökumət qüvvələri ilə toqquşmaya girib. Sfera.az xəbər verir ki, bu barədə Qərb mətbuatı məlumat yayıb. Qeyd olunur ki, Suriyanın müxalifət qüvvələri uzun sürən döyüşlər nəticəsində Hələbdən sıxışdırılıb çıxarıldığı 2016-cı ildən bəri ilk dəfə şəhərə daxil olub. Məlumata görə, şəhərin qərbində yerləşən Hələb Cədid, Həmdaniyyə, Əl-Furkan, Yeni Hələb, Salah