Donald Tramp Mark Zukerberqlə görüşdü

Donald Tramp Mark Zukerberqlə görüşdü

Amerikanın sosial media holdinqi Meta-nın sahibi Mark Zukkerberq, ABŞ-nin seçilmiş prezidenti Donald Trampın Mar-a-Lago-dakı malikanəsində təşkil olunan akşam yeməyinə dəvət alaraq Tramp və komandası ilə bir araya gəlib. 

 

Sfera.az bildirir ki, Trampın Xüsusi Kalem Müdiri vəzifəsinə təyin etdiyi Stephen Miller, texnologiya milyarderi Zukerberqin "Amerikanın milli yenilənməsini dəstəkləmək istədiyini" bildirib.

 

Facebook, Instagram və WhatsApp kimi sosial media platformalarını özündə birləşdirən Meta-nın 40 yaşındakı SEO-su Zukerberq, son dövrlərdə Tramp ilə münasibətlərini düzəltmək üçün etdiyi bəyanatlarla diqqət çəkmişdi. 6 yanvar 2021-ci ildə ABŞ Konqres Binasının Tramp tərəfdarları tərəfindən basılması sonrası, Facebook Trampı qadağan edən sosial media şəbəkələri arasında yer almışdı. Trampın Facebook hesabı 2023-cü ildə yenidən açılmışdı.

 

Meta-nın bir nümayəndəsi çərşənbə günü verdiyi açıqlamada, "Mark, Prezident Trampın akşam yeməyi dəvətindən və yeni idarəetmə ilə əlaqədar komandası ilə görüşmə fürsətindən dolayı minnətdardır," deyə bildirib.

 

Nümayəndə, həmçinin Amerikanın innovasiya gələcəyi baxımından çox əhəmiyyətli bir dövrün yaşandığını vurğulayıb.

 

Trampın yaxın tərəfdaşlarından olan və daha əvvəl Zukerberqi "döyüşə" dəvət edən milyarder İlon Maskın da yeməyə qatılıb-qatılmadığı hələ dəqiq bilinmir, amma onun prezident seçkisindən sonra tez-tez Mar-a-Lago-da olduğu məlumdur.

 

İnci 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

Bu ərazilərə qar yağır -FAKTİKİ HAVA

Aprelin 16-sı saat 00:00-a olan məlumatına əsasən hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.   Milli Hidrometeorologiya Xidmətindən S...

62 ildən sonra ilk dəfə qadınlardan ibarət heyət kosmosdan qayıdıb - FOTO

Aprelin 14-də Ceff Bezosa məxsus “Blue Origin” şirkətindən New Shepard kosmik gəmisi ilə 6 kosmik turist kosmosa buraxılıb. Qeyd edək ki, Ceff Bezos...

Məşhur aktyor Cin Hekman və həyat yoldaşının ölümünə siçovullar səbəb olub

Hollivud ulduzu Cin Hekman və həyat yoldaşı Betsi Arakavanın fevral ayında ölü tapıldığı ərazidə ölümcül xəstəlik yayan siçovulların yaşadığı ortaya çıxıb. &nb...

Azərbaycanda qeydiyyatda olan onkoloji xəstələrin sayı açıqlandı - VİDEO

Ötən il dünyada 15-39 yaş aralığında olan təxminən 1,3 milyon insana xərçəng diaqnozu qoyulub.   Sfera.az-ın məlumatına görə, ölkəmizdə də bu xə...

Leyla Əliyeva YARAT Müasir İncəsənət Məkanında oldu

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva YARAT Müasir İncəsənət Məkanında olub.   Sfera.az xəbər verir ki, bu barədə o, &...

Millimiz Xorvatiyaya məğlub oldu

Azərbaycanın futzal millisi Avropa çempionatının əsas mərhələsində keçirdiyi son oyununda Xorvatiyaya məğlub olub.   Sfera.az xəbər verir ki, Vitali ...