Baş prokuror Zərdabda vətəndaşları qəbul edəcək
Fevralın 7-də Baş prokuror Zərdabda vətəndaşları qəbul edəcək. Bu barədə Sfera.az-a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il fevralın 7-də, saat 10:00-da Zərdab rayon prokurorluğunun inzibati binasında Zərdab, Ucar, Kürdəmir, Ağdaş, Ağcabədi və Bərdə rayon sakinlərinin qəbulunu keçirəcək. Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Zərdab rayonuna