İsveç Ukraynaya rekord məbləğdə hərbi yardım paketi AYIRACAQ

İsveç Ukraynaya rekord məbləğdə hərbi yardım paketi AYIRACAQ

İsveç Ukraynaya 1,2 milyard dollar dəyərində ən böyük hərbi yardım paketini təqdim edəcək. 

 

Sfera.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Pol Conson  “X” sosial şəbəkəsində məlumat verib.

 

Nazirin sözlərinə görə, bu məbləğin təxminən 90 milyon dolları Ukraynanın uzaqmənzilli raketləri və pilotsuz təyyarələrinin istehsalına yönəldiləcək. Bütün paketin dörddə biri İsveçin öz hərbi ehtiyatlarından təhvil verəcəyi silahlardan ibarət olacaq. Bunlara 16 döyüş kateri (əvvəllər təhvil verilmiş 16 gəmidən əlavə), 1500 tank əleyhinə raket və 200 AT4 qumbaraatanları daxildir.

 

Ukraynanın ehtiyacları üçün İsveç və digər Avropa ölkələrində yeni silahların istehsalına 534 milyon dollar ayrılacaq ki, bu da ümumi məbləğin 45%-ni təşkil edir. Daha 250 milyon dollar müxtəlif beynəlxalq fondlara yönəldiləcək. O cümlədən, 178 milyon dollar Ukraynanın hərbi sənaye kompleksini dəstəkləmək üçün vəsaitin cəlb edilməsini nəzərdə tutan qondarma “Danimarka modeli” üçün ayrılacaq.

 

İsveç hökumətinin saytında aydınlıq gətirilir ki, bu, artıq Ukraynaya verilən 18-ci hərbi yardım paketidir. Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri İsveçdən hərbi dəstəyin ümumi məbləği 61,9 milyard İsveç kronuna (təxminən 5,4 milyard avro) çatıb.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

ÜST rəsmisi: COVID-19 əvvəlki kimi təsirli olmasa da, hələ mövcuddur

COVID-19 artıq əvvəlki kimi təsirli olmasa da, hələ də mövcuddur.   Sfera.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı...

Abşerondakı partlayışda yaralanan kişi öldü

Bir həftə əvvəl Abşeron rayonu Xırdalan şəhərində baş vermiş partlayışda yaralanan şəxs dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, Abşeron Gə...

"Dünya titrədi, amma Rusiya Trampa fikir vermədi" - Medvedev

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı 100 faiz gömrük rüsumları tətbiq etməklə bağlı so...

Məzuniyyət gecəsi 80-dən çox tələbə zəhərləndi

Yekaterinburqda Ural Dövlət Hüquq Universitetinin (USLU) 80- dən çox tələbəsi Versal banket zalında məzuniyyətlərini qeyd etdikdən sonra salmonella xəstəliyinə ...

Bu 3 bürc gün ərzində sevinəcək - QOROSKOP

Bəzi bürclər iş həyatında parlayacaq, digərləri eşqdə sürprizlərlə üzləşəcək. Kimiləri isə sakitlik və rahatlıq axtaracaq.    Sfera.az günün bür...

XİN-dən paylaşım: “Milli Birlik Gününüz mübarək, əziz Türkiyə!” – FOTO

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin 15 iyul - Demokratiya və Milli Birlik Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər verir...