Krivoy Roqa hücumun nəticələri açıqlandı: 19 ölü, 69 yaralı
Rusiyanın Ukraynanın Dnipropetrovsk vilayətinə bağlı Krivoy Roq şəhərinə ballistik raketlərlə endirdiyi hücumun fəsadları ağırlaşıb. Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında verdiyi açıqlamada, doğma şəhərinə edilən hücum nəticəsində ölənlərin sayının 18-ə, yaralıların isə 62-yə yüksəldiyini bildirib. Onun sözlərinə görə, ölənlərdən 9-u, yaralılardan isə 12-si uşaqdır. Zelenski həmçinin qeyd edib ki, raket hücumundan sonra