6-cı bölümdə final etməsinin səbəbi açıqlandı
Kateqoriya məlum deyil
Türkiyədə yeni yayıma başlayan “Piyasa” serialının final etməsinin səbəbi açıqlanıb.
Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə serialda baş rolu canlandıran aktrisa İlayda Alişan danışıb. Aktrisa jurnalistlərə açıqlamasında ekran işinin izləyicilər tərəfindən bəyənilmədiyini bildirib:
“Bəzi işlər alınmayanda alınmır. Serialın ilk bölümləri bəyənilmişdi, amma sonradan izləyicilər sevmədilər. Bu da tamaşaçıların öz seçimidir”.
Qeyd edək ki, İlaydanın layihədəki tərəf müqabili Alp Navruz idi.






