"Bu, qanlı və dağıdıcı bir hekayədir" - Lavrov
Rusiya İran ətrafında gərgin vəziyyətlə bağlı həm ABŞ, həm də İsrail rəhbərliyi ilə təmasdadır. Sfera.az İnterfaks-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. Nazirin sözlərinə görə, Rusiya regiondakı gərginliyi azaltmaq üçün bir sıra praktiki təkliflərlə çıxış edib. O, həmçinin vurğulayıb ki, bir gün əvvəl Vaşinqton, Tehran və İsrail daxil olmaqla, müxtəlif tərəflərdən ümidverici bəyanatlar səsləndirilsə də, sonradan ziddiyyətli şərhlər də eşidilib.