İran hava məkanının bağlı qalma müddətini uzatdı

Dünya
19:41 / 25.06.2025
4018
İran hava məkanını iyunun 26-sı saat 14:00-dək bağlı saxlamaqla bağlı qərar verib.
Sfera.az xəbər verir ki, bunu İranın Yollar və Şəhərsalma Nazirliyinin sözçüsü Məcid Əxvan bildirib.
Uzadılma sərnişinlərin və uçuşların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.
O qeyd edib ki, qərar son hadisələr fonunda verilmiş 19 saylı NOTAM (aviasiya bildirişi) əsasında qəbul olunub və İran hava məkanı göstərilən vaxta qədər bağlı qalacaq.
Əxvan vətəndaşları hava limanlarına getməməyə və uçuşlarla bağlı xəbərləri yalnız rəsmi mənbələrdən izləməyə çağırıb.
Xatırladaq ki, İran iyunun 13-də İsrailin hücumundan sonra hava məkanını bağlamışdı.