ABŞ bu halda İrana hücum edəcək

Dünya
14:30 / 25.06.2025
4751
“İran nüvə obyektlərini yenidən bərpa edərsə, ABŞ hərbi zərbələr endirəcək”.
Sfera.az İnterfaks-a istinadən xəbər verir ki bu barədə ABŞ Prezidenti Donald Tramp NATO-nun Haaqa sammiti ərəfəsində verdiyi açıqlamada bildirib. O, ABŞ-nin əvvəlki zərbələrinin İranın nüvə proqramını onilliklər geri atdığını, obyektlərin bərpasının isə çox çətin olacağını bildirib.
Prezident əlavə edib ki, yaxın vaxtda İsrail bu zərbələrin miqyası ilə bağlı məlumat açıqlayacaq. Tramp həmçinin bildirib ki, Rusiya Prezidenti Putinin Yaxın Şərqdə yardım təklifini yüksək qiymətləndirib, lakin “mənə İranla bağlı yox, Rusiya ilə, yəni Ukrayna münaqişəsi ilə bağlı yardım lazımdır”, – deyə vurğulayıb.
Fidan Hacızadə
Sfera.az