“Google” istifadəçilərə milyonlarla dollar ödəyəcək: Pulu kimlər alacaq?
“Google” ümumilikdə 425 milyon dollar təzminat ödəyəcək. Bununla bağlı qərarı məhkəmə qəbul edib. Məhkəmə hesab edib ki, şirkət hesablarında izləmə funksiyasını söndürən istifadəçilərin məxfiliyinə müdaxilə edib. Sfera.az xəbər verir ki, iddiaçıların fikrincə, “Google” istifadəçilərin məlumatlarını toplamaq, saxlamaq və istifadə etmək üçün səkkiz il ərzində onların mobil cihazlarından istifadə edərək, "Veb və Tətbiq Fəaliyyəti" parametri altında məxfilik qaydalarını pozub. İddiaya görə,