Çin Rusiya ilə əməkdaşlığı genişləndirmək niyyətindədir

Çin Rusiya ilə əməkdaşlığı genişləndirmək niyyətindədir
Kateqoriya məlum deyil04.09.25, 08:132 👁️
T

Çin Rusiya ilə müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməyə və münasibətlərin böyük potensialını açmağa hazırdır. 

 

Sfera.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Quo Jiakun brifinqdə bildirib.

 

Diplomat vurğulayıb ki, Pekin Moskva ilə səmərəli əməkdaşlığı davam etdirəcək, beynəlxalq və regional problemlərin həllində fəal iştirak edəcək və qlobal strateji sabitliyin qorunmasına töhfə verəcək.

 

Quo Jiakun həmçinin Rusiya prezidenti Vladimir Putinin Çinə səfərini şərh edərək, bu səfərin iki ölkə arasında strateji əlaqələrin vacibliyini bir daha təsdiqlədiyini bildirib.

 

Xatırladaq ki, Avropa İttifaqı Rusiyaya ultimatum irəli sürərək, dondurulmuş aktivlərin yalnız Ukraynaya təzminat ödənildikdən sonra qaytarılacağını açıqlamışdı. Lakin Vladimir Putin bu tələbi rədd edərək diqqəti məhz Pekinlə əməkdaşlığa yönəldib.

 

Daha əvvəl Putin bəyan etmişdi ki, Rusiya Çini enerji resursları ilə təmin etməyə qadirdir.

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ
Sehliyali
Yüklənir...