Gürcüstana müalicəyə gedən həkim qəzada öldü - FOTO

Gürcüstana müalicəyə gedən həkim qəzada öldü - FOTO
Kateqoriya məlum deyil
T

Bir neçə gün əvvəl Bakıdan Gürcüstana səfər edən 54 yaşlı həkim Yaqub Cabbarov yol qəzasında vəfat edib.

 

Sfera.az news24.az-a istinadən xəbər verir ki, “Medikus” klinikasının həkimi olan Y. Cabbarov səhhəti ilə bağlı müalicə məqsədilə qonşu ölkəyə yollanıb. Bu zaman o düşdüyü avtomobil qəzasında həyatını itirib.

 

Bildirilib ki, Yaqub Cabbarov uzun illər Ağcabədidə pediatr kimi işləyib. 2016-cı ildən isə Bakının müxtəlif klinikalarında çalışaraq tanınmış pediatrlardan biri kimi fəaliyyətini davam etdirib.

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR