Türkiyədə ildırım vurması nəticəsində ata və oğul dünyasını dəyişib.
Sfera.az Publika.az-a istinadla xəbər verir ki, hadisə Ərzurum bölgəsində baş verib.
Məlumata görə, yaylada mal-qarasını otararkən 50 yaşlı Abdulmenaf Kısak və 14 yaşlı oğlu Bayram Kısakı ildırım vurub.
Hadisə yerinə jandarma və sağlamlıq qrupları cəlb edilib.
Ata və oğulun hadisə yerində dünyasını dəyişdiyi müəyyən edilib.