“Google” istifadəçilərə milyonlarla dollar ödəyəcək: Pulu kimlər alacaq?

&ldquo;Google&rdquo; istifadəçilərə milyonlarla dollar ödəyəcək: <span style="color:#ff0000">Pulu kimlər alacaq?</span>
Kateqoriya məlum deyil04.09.25, 15:5220 👁️
T

“Google” ümumilikdə 425 milyon dollar təzminat ödəyəcək. Bununla bağlı qərarı məhkəmə qəbul edib. Məhkəmə hesab edib ki, şirkət hesablarında izləmə funksiyasını söndürən istifadəçilərin məxfiliyinə müdaxilə edib.

 

Sfera.az xəbər verir ki, iddiaçıların fikrincə, “Google” istifadəçilərin məlumatlarını toplamaq, saxlamaq və istifadə etmək üçün səkkiz il ərzində onların mobil cihazlarından istifadə edərək, "Veb və Tətbiq Fəaliyyəti" parametri altında məxfilik qaydalarını pozub.

 

İddiaya görə, “Google” “Uber”, “Venmo” və “Meta” kimi proqramlarla əməkdaşlıq edərək, funksiya söndürüldükdə belə insanların məlumatlarını toplayıb. ABŞ-nin Dairə hakimi Riçard Siborq təxminən 98 milyon “Google”istifadəçisini və 174 milyon cihazı əhatə edən işi ümumi məhkəmə kimi təsdiq edib.

 

İddiaçılar 31 milyard dollardan çox təzminat tələb ediblər. Münsiflər heyəti iddiaçıların üç məxfilik iddiasından ikisi üzrə “Google”u məsuliyyətə cəlb etsə də, münsiflər heyəti şirkətin pis niyyətlə hərəkət etmədiyini müəyyən edib.

 

Nəticədə məhkəmə heyəti “Google”a məxfiliyin pozulmasına görə 425 milyon dollar ödəməyə qərar verib. İstifadəçilərin vəkili David Boies müştərilərinin məhkəmə heyətinin qərarından çox məmnun olduqlarını bildirib.

 

Öz növbəsində “Google” nümayəndəsi Xose Kastaneda apellyasiya şikayəti vermək niyyətində olduğunu açıqlayıb. Onun sözlərinə görə, bu, “Google” xidmətlərinin necə işləməsi ilə bağlı yanlış anlaşılmadır.

 

Xanım
 

PAYLAŞ
Sehliyali
Yüklənir...