Dünya əhalisinin sayı... - BMT-nin HESABATI
Dünya əhalisinin sayı 8 milyarda çatıb. Sfera.az bildirir ki, bu barədə BMT-nin mətbuat xidməti məlumat yayıb. Təşkilatın hesablamalarına əsasən, 11 il ərzində planetdə insanların sayı 1 milyard artıb. Qeyd olunub ki, əhalinin əsas hissəsi Çin və Hindistandadır. “Dünya əhalisinin 17,9 faizi (1,43 milyard nəfər) Çində, 17,8 faizi (1,42 milyard nəfər) Hindistanda yaşayır”, -deyə bildirilib. BMT-nin hesablamalarına görə, dünya əhalisi 2037-ci ilə qədər 9 milyarda, 2058-ci ildə isə 10 milyarda