Logo

Dünya əhalisinin sayı... - BMT-nin HESABATI

Dünya əhalisinin sayı... - BMT-nin HESABATI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dünya əhalisinin sayı 8 milyarda çatıb.

Sfera.az bildirir ki, bu barədə BMT-nin mətbuat xidməti məlumat yayıb.

Təşkilatın hesablamalarına əsasən, 11 il ərzində planetdə insanların sayı 1 milyard artıb.

Qeyd olunub ki, əhalinin əsas hissəsi Çin və Hindistandadır.

“Dünya əhalisinin 17,9 faizi (1,43 milyard nəfər) Çində, 17,8 faizi (1,42 milyard nəfər) Hindistanda yaşayır”, -deyə bildirilib. BMT-nin hesablamalarına görə, dünya əhalisi 2037-ci ilə qədər 9 milyarda, 2058-ci ildə isə 10 milyarda çatacaq.

“Son illərdə dünya əhalisi əhəmiyyətli dərəcədə artır. 1960-cı ildə bu say 3 milyard idi. 2011-ci ilə qədər əhalinin sayı 7 milyard nəfərə çatmışdı” -  hesabatda qeyd olunub.

Günay Rəsulqızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR