Putindən təklif: “Ukrayna müharibəsi ilə bağlı saxta xəbər yayanlar...”

Putindən təklif: “Ukrayna müharibəsi ilə bağlı saxta xəbər yayanlar...”

Rusiya Prezidenti Vladimir Putin Ukrayna müharibəsi ilə bağlı saxta xəbərlər yayan vətəndaşlarla bağlı təklif irəli sürüb.

 

Sfera.az bildirir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb. Qeyd olunub ki, Putin aprel ayında qəbul edilən Rusiya vətəndaşlığı haqqında qanuna vətəndaşlığın ləğvi və ona qarşı cinayətləri əks etdirən düzəlişlər təklif edib. Buna əsasən, Rusiya Ordusu haqqında “saxta xəbərlər” yaymaqda və ya ordunu nüfuzdan salmaqda təqsirli bilinən şəxslərin vətəndaşlığı ləğv edilə bilər.

 

“Rusiyanın ərazi bütövlüyünü pozmağa çağırış edənlər və “arzuolunmaz” təşkilatlara mənsub olanlar da Rusiya dövləti tərəfindən vətəndaşlıqdan məhrum edilə bilər”, deyə bildirilib.

 

Agentliyin məlumatında sözügedən cinayətlər belə sıralanıb: ictimaiyyəti radikal fikir ayrılığına sövq etmək, Rusiya bayrağını təhqir etmək, terrorizm, dövlət məmurunun həyatını təhdid etmək və narkotik alveri. Bildirilib ki, bu qanun dəyişikliyi doğulandan etibarən deyil, sonradan vətəndaşlıq almış, şəxsiyyət vəsiqəsi sahibləri üçün keçərli olacaq.

 

Məlumata görə, Rusiyalı deputatlar yeni qanun layihəsini tez bir zamanda parlamentə təqdim etmək və imza üçün Putinin masasına qoymaq qərarına gəliblər. Rusiya parlamentinin aşağı palatasının Dövlət Dumasının deputatı Dmitri Vyatkin “RİA Novosti”yə açıqlamasında “Hər kəs qərar verməlidir: ya öz ölkənin tərəfindəsən, ya da yox”, deyərək səsverməyə çağırış edib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR