Son illərdə Türkiyədə yaşanmış qanlı terror aktları – SİYAHI

Son illərdə Türkiyədə yaşanmış qanlı terror aktları – SİYAHI

Məlum olduğu kimi, Türkiyənin İstanbul şəhərində terror hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 81 nəfər yaralanıb. Türkiyə mətbuatı bildirir ki, həbs edilən qadın terrorçunun ifadəsi alınır.

 

Sfera.az son illərdə Türkiyədə baş verən terror aktlarının xronologiyasını tərtib edib. Sözügedən siyahını təqdim edirik:

 

2015-ci il İyul - Türkiyənin Suriya ilə həmsərhəd olan Suruç şəhərində partlayış baş verib. Ən azı 30 nəfər ölüb, 81 nəfər yaralanıb.

 

2015-ci il Avqust - İstanbul polis idarəsi yaxınlığında partlayış baş verib. Beş polis və iki mülki şəxs yaralanıb.

 

2015-ci il Oktyabr - Türkiyənin paytaxtı Ankaranın mərkəzində, kəsişmədə iki partlayış baş verib. Ən azı 95 nəfər ölüb, 200 nəfər yaralanıb.

 

2016-cı il Fevral - Ankarada minalanmış avtomobil partladılıb. 28 nəfər ölüb, 60 nəfər yaralanıb.

 

2016-cı il Mart - Ankarada minalanmış avtomobil partladılıb. 37 nəfər ölüb, 70 nəfər yaralanıb.

 

2016-cı ildə Mart - İstanbulun mərkəzində, Taksim meydanı yaxınlığında İstiqlal küçəsində partlayış baş verib. 5 nəfər ölüb, 36 nəfər yaralanıb.

 

2016-cı il İyun - İstanbulun Atatürk Beynəlxalq Hava Limanı terror aktına məruz qalıb. 41 nəfər həlak olub, 239-a yaxın insan yaralanıb. 

 

2016-cı il Avqust - Türkiyənin cənub-şərqində yerləşən Qaziantep şəhərində kamikadze toy mərasiminin iştirakçılarına hücum edib. 50-dən çox insan həlak olub. Onlarla insan yaralanıb.

 

2016-cı il Oktyabr - Türkiyənin cənub-şərqində yerləşən Xakyari əyalətindəki hərbi bazada minalanmış avtomobil partladılıb. Ən azı 18 nəfər ölüb.

 

2016-cı il Noyabr - Türkiyənin cənub-şərqində kürd yaşayış məntəqələrindən birində partlayış baş verib. Bomba yüklü avtomobil partladılıb, 9 nəfər ölüb. Məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

 

2016-cı il Dekabr - İstanbulda partlayış baş verib, nəticədə əksəriyyəti polis olmaqla 38 nəfər ölüb, 160-dan çox insan yaralanıb.

 

2017-ci il Yanvar - İstanbulda gecə klublarından birində partlayış olub. Ən azı 39 nəfər ölüb. Onlarla insan yaralanıb.

 

2017-ci il Yanvar - İzmirdə ədliyyə binası yaxınlığında partlayış baş verib. Türkiyənin Ege dənizi sahilində yerləşən bu şəhərinin rəsmilərinin açıqlamasına görə, biri polis olmaqla 2 nəfər həlak olub, bir neçə nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib.

 

2019-cu il İyul - Türkiyənin cənubunda, Suriya sərhədi yaxınlığında yerləşən Reyxanlı şəhərində partlayış baş verib. Ən azı 3 nəfər həlak olub. Bomba yüklü avtomobil partladılıb.

 

2019-cu il Sentyabr - Türkiyənin cənub-şərqindəki Diyarbəkir vilayətində əldəqayırma bomba partladılıb. 7 nəfər ölüb, 10 nəfər yaralanıb. Partlayış kənd sakinlərini daşıyan avtomobilin yolun minalanmış hissəsindən keçdiyi vaxtda baş verib.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR