“Rusiyaya bu imkanı verməyəcəyik...” – Zelenski 10 bəndlik sülh şərtlərini AÇIQLADI

“Rusiyaya bu imkanı verməyəcəyik...” – Zelenski 10 bəndlik sülh şərtlərini AÇIQLADI

Volodimir Zelenski Ukraynanın sülh formulunu açıqlayıb.

 

Sfera.az bildirir ki, Ukrayna prezidenti G20 liderləri ilə söhbətinin ardından teleqram kanalında bəyanat yayıb. Ölkəsinin sülhməramlı səylərdə həmişə lider olduğunu və dünyanın da bunu gördüyünü ifadə edən Zelenski qeyd edib ki, əgər Rusiya müharibəni bitirmək istəyirsə, bunu əməli ilə sübut etməlidir:

 

“Biz Rusiyaya gözləməyə, qüvvələrini artırmağa, yeni terror və qlobal sabitliyi pozmağa imkan verməyəcəyik. Sülhün “Ukrayna formulu” var – Bizim üçün, Avropa və dünya üçün... Sülhü təmin etmək istiqamətində həyata keçirilə biləcək bir sıra həll yolları mövcuddur. G20 sammitində iştirak edərək bununla bağlı təkliflər verdim - konkret və dürüst”.

 

Zelenski ardınca sözügedən formulun maddələrini bu formada sadalayıb:

 

“Beləliklə, Ukraynanın təklifləri:

 

1. Radiasiya və nüvə təhlükəsizliyi.

 

2. Qida təhlükəsizliyi.

 

3. Enerji təhlükəsizliyi.

 

4. Bütün məhbusların və deportasiya edilənlərin azad edilməsi.

 

5. BMT Nizamnaməsinin həyata keçirilməsi, Ukraynanın ərazi bütövlüyünün və dünya nizamının bərpası.

 

6. Rusiya qoşunlarının çıxarılması və hərbi əməliyyatların dayandırılması.

 

7. Ədalətin bərpası.

 

8. Anti-ekosid (canlı orqanizmlərin, ilk növbədə insanın yaşadığı mühiti dağıtmaq üçün insan tərəfindən qərəzli istifadə edilən kimyəvi və digər vasitələr)

 

9. Eskalasiyanın qarşısının alınması.

 

10. Müharibənin sonunu müəyyən etmək.”.

 

Qeyd edək ki, G20 liderlərinin sammiti noyabrın 15-16-da İndoneziyanın Bali adasında keçiriləcək.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR