Növbəti aylar çətin olacaq - NATO baş katibinin Ukraynadakı müharibə proqnozları

Növbəti aylar çətin olacaq - NATO baş katibinin Ukraynadakı müharibə proqnozları

NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın qoşunları geniş imkanlara və saya malikdir. Buna görə də NATO Ukraynaya dəstəyini davam etdirəcək.



Sfera.az xarici mətbuata istinadən bildirir ki, bu barədə bu gün Niderlandın Xarici İşlər və Müdafiə nazirliklərinin rəhbərləri ilə birgə mətbuat konfransı zamanı NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
 

“Rusiya silahlı qüvvələri böyük imkanlara malikdir, buna görə də Xerson ərazisindən bu yaxınlarda geri çəkilməsinə baxmayaraq, onları əhəmiyyətsiz hesab etmək olmaz. Müharibənin növbəti ayları daha çətin olacaq və NATO Ukraynaya dəstəyini davam etdirəcək ki, Kiyev gələcəkdə Rusiya ilə danışıqlar masası arxasında möhkəm mövqe tutsun”-deyə Stoltenberq bildirib.
 

NATO rəhbərinin sözlərinə görə, rus qoşunlarının Xersondan çıxarılması ukraynalı müdafiəçilərin cəsarətini nümayiş etdirib və təşkilatın Ukraynaya davamlı yardıma ehtiyacı olduğunu sübut edib. Bununla yanaşı, Stoltenberq Rusiya qüvvələrini zəif hesab etməyin yanlış analiz olduğunu vurğulayıb.


Stoltenberq həmçinin qeyd edib ki, Ukraynanın məqbul nəticə əldə etməsinin yeganə yolu döyüş meydanında möhkəm mövqeyə malik olmaqdır.
 

"Müharibələrin çoxu danışıqlar masasında hansısa mərhələdə başa çatır. Amma bu masada baş verənlər əsasən döyüş meydanındakı vəziyyətlə bağlıdır. Bizim etməli olduğumuz şey Ukraynanı dəstəkləməkdir ki, danışıqlar elə bir mərhələdə baş tutsun ki, Ukrayna bu mərhələdə qalib gələ bilsin. Ukrayna müstəqil suveren Avropa dövlətidir”- Stoltenberq deyib.

Stoltenberq onu da vurğulayıb ki, yalnız Ukrayna tərəfi Rusiyaya qarşı müharibənin dayandırılması üçün hansı şərtlərin onun üçün məqbul olacağına qərar vermək hüququna malikdir.
 

Xatırladaq ki, bu yaxınlarda media Brüsseldə oktyabrda baş tutan qapalı iclasda Yunanıstan və Polşa da daxil olmaqla, bir sıra ölkələrin Ukraynanın NATO-ya üzv olmaq ərizəsini dəstəklədiyini yazmışdı.
 

Stoltenberq daha əvvəl rus qoşunlarının Xersondan çıxarılmasının NATO- nun Ukraynaya effektiv dəstək verdiyinin göstəricisi olduğunu bildirmişdi.

 

Aysel
 


OXŞAR XƏBƏRLƏR

Məşhur aktyor bıçaqlandı - FOTO

Məşhur hind aktyoru Saif Əli Xan bıçaqlanıb.   Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə aktyorun Mumbaydakı evində baş verib. B...

Yetim bir uşaq dünyanın saatını dəyişdi... - "Rolex" necə yarandı? - FOTOLAR

Dünyanın ən bahalı saat markası pulu, hər hansı əlaqəsi olmayan, yetim bir uşaq tərəfindən yaradıldı...Söhbət hamıya məlum olan “Rolex” saat markası...

Ötən gün 10 kq-dan artıq narkotik vasitə aşkar olunaraq götürüldü

Ötən gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 10 kiloqramdan artıq narkotik vasitə, həmçinin 31 ədəd metadon həbi aşk...

Baləlinin bu qədər pulu hardan qazandığı ÜZƏ ÇIXDI

Meyxanaçı Balaəlinin həmkarları arasında ən imkanlılardan olduğu hər kəsə bəllidir.   Sfera.az titul.az-a istinadən xəbər verir ki, çoxları bu pulun ...

İlham Əliyev Cenni Consonu QƏBUL ETDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 16-da aktivlərin idarə edilməsi üzrə dünyanın aparıcı şirkətlərindən biri olan “Franklin Templeton” şirk...

“Tarix yazan qəhrəmanlarımız” layihəsi davam edir

Qırmızı Ürəklər Fondu xeyriyyəçilik missiyasına sadiq qalaraq sosial layihələr həyata keçirməyə davam edir. Belə ki, Fond “Tarix yazan qəhrəmanlarımız&rdq...