“Şərait tələb edir...” – Kreml Putinin İndoneziyaya getməməsinin səbəbini açıqladı

“Şərait tələb edir...” – Kreml Putinin İndoneziyaya getməməsinin səbəbini açıqladı

Rusiya prezidenti Vladimir Putinin G20-nin sammitində iştirak etməməsinin səbəbi açıqlanıb.

 

Sfera.az bildirir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərin sualını cavablandırarkən deyib.

 

“Şərait prezidentin Rusiyada olmasını tələb edir. Ona görə də o, Baliyə getməmək qərarına gəlib”, deyə qurum rəsmisi əlavə edib.

 

O, qeyd edib ki, G20 liderləri istəsələr, Rusiya tərəfi ilə görüşlər keçirə bilərlər:

 

“Rusiya sammitdə yüksək səviyyədə təmsil olunur. Eyni zamanda, Vladimir Putin G20-yə sədrlik edən İndoneziya rəhbərliyi ilə kifayət qədər zəngin dialoq aparıb. Cənab Lavrov isə bu sammit ərəfəsində onlara konstruktiv dialoqa görə ən xoş arzularını və minnətdarlığını çatdırıb”.

 

Xatırladaq ki,  G20 liderlərinin sammiti noyabrın 15-16-da İndoneziyanın Bali adasında keçiriləcək.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR