Logo

Tramp bayrama görə hinduşkanı əfv etdi

Tramp bayrama görə hinduşkanı əfv etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ Prezidenti Donald Tramp Şükranlıq Günü münasibətilə Ağ Evdə keçirilən ənənəvi mərasimdə “Freedom” və “Feathers” adlı iki hinduşkanı əfv edib.

Sfera.az xəbər verir ki, mərasim zamanı çıxış edən Tramp Şükranlıq Günü münasibətilə Amerika xalqını və ABŞ ordusunun hərbçilərini təbrik edib. Tramp Qərbi Virciniya ştatında yetişdirilən iki hinduşkanı əfv etdiyini açıqlayıb.

O, hinduşkalardan birinin Ağ Evin bağçasında kolların arasına qaçdığını, lakin buna baxmayaraq əfv olunduğunu söyləyib.

Qeyd edək ki, ABŞ-də hər il noyabr ayının sonuncu cümə axşamı Şükranlıq Günü kimi qeyd olunur. Ağ Evdə hinduşka əfv etmə ənənəsi isə 1963-cü ildə, keçmiş prezident Con Kennedinin dövründə başlayıb.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR