Logo

Şimali Koreya İsveçrə diplomatını ölkədən çıxarır – 48 saat vaxt verildi

Şimali Koreya İsveçrə diplomatını ölkədən çıxarır – 48 saat vaxt verildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Şimali Koreya İsveçrənin Pxenyandakı diplomatik nümayəndəliyinin təmsilçisini arzuolunmaz şəxs elan edib və ölkəni tərk etməsini tələb edib.

Sfera.az xəbər verir ki, bu barədə noyabrın 25-də Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Məlumata görə, İsveçrənin diplomatik nümayəndəliyinin təmsilçisi Astier Silvenə ölkəni tərk etmək üçün 48 saat vaxt verilib. Şimali Koreya Xarici İşlər Nazirliyinin Avropa departamentinin rəhbəri Pak Hyon Su diplomata müvafiq nota təqdim edib.

Şimali Koreya tərəfi bu addımın səbəbi kimi İsveçrənin Sonqdo von Beynəlxalq Uşaq Düşərgəsini sanksiyalar siyahısına daxil etməsini göstərib. Bernin qərarı düşərgənin Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazilərindən uşaqların Şimali Koreyaya aparılması və onların ideoloji təsirə məruz qoyulması proqramlarında iştirak etdiyi iddiaları ilə əsaslandırılıb.

Qeyd edək ki, İsveçrə Pxenyandakı diplomatik nümayəndəliyini oktyabrın 19-da yenidən fəaliyyətə açıb. Ölkənin Xarici İşlər Nazirliyi isə sanksiya siyasətinin diplomatik əlaqələrin bərpasından ayrı olduğunu və Şimali Koreya ilə dialoq kanallarını qorumaq niyyətində olduqlarını bildirib.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR