Logo

Tramp: “İranla müharibəni istədiyimiz vaxt bitirə bilərik”

Tramp: “İranla müharibəni istədiyimiz vaxt bitirə bilərik”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ Prezidenti Donald Tramp İranla davam edən müharibə ilə bağlı açıqlama verərək, müharibəni istənilən vaxt dayandıra biləcəklərini bildirib.

Sfera.az xəbər verir ki, Tramp "The New York Post” qəzetinə müsahibəsində İranla müharibəni dəyərləndirib. O, 2027-ci ilin yanvarında Konqresdə çoxluğu əldə edəcək Demokrat Partiyasının hərbi əməliyyatların davam etdirilməsinə mane ola biləcəyini qeyd edib.

ABŞ lideri Demokratların mövcud üstünlüyü itkiyə çevirəcəyini iddia edərək, "Bir qazancı götürüb itkiyə çevirəcəklər”, – deyə bildirib.

Tramp İrana qarşı hərbi əməliyyatların maliyyələşdirilməsi üçün 2027-ci ilin yanvar ayının sonunadək vəsaitin olduğunu vurğulayıb. O, "Bu müharibəni istədiyimiz vaxt bitirə bilərik”, – deyə əlavə edib.

ABŞ-ın fevralın 28-də başlatdığı hücumların ilk saatlarında İranın Minab şəhərindəki qız ibtidai məktəbinə endirilən zərbə ilə bağlı isə Tramp İranın təzminat tələbinə münasibət bildirib. O, "Mən də onların öldürdüyü insanlara görə təzminat istəyirəm”, – deyə qeyd edib.\\azxeber

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR