Logo

2026-cı ilin "ən seksual kişisi" tənqidlərə məruz qaldı

2026-cı ilin "ən seksual kişisi" tənqidlərə məruz qaldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
0:00 0:00

ABŞ-nin “People” jurnalı 2026-cı ilin ən seksual kişisi seçilən aktyor Noa Uayli ilə bağlı sosial şəbəkələrdə tənqidlərə məruz qalıb.

Sfera.az xəbər verir ki, 55 yaşlı aktyor “Təcili yardım” və “Pitt xəstəxanası” seriallarında baş rolları ilə tanınır. O, nəşrin “Dünyanın ən seksual yaşayan kişiləri” reytinqində birinci yeri tutub.

Lakin redaksiyanın seçimi sosial şəbəkə istifadəçiləri arasında birmənalı qarşılanmayıb. Bir çoxları aktyorun bu ada layiq olmadığını düşünərək jurnalı tənqid ediblər.

İstifadəçilərdən biri “Gəlin, reallığa baxaq. O, heç öz həyatının belə ən seksual kişisi deyil”, – deyə yazıb. Digər şərhlərdə isə “Düzünü etiraf edin, o sizə pul ödəyib?”, “Fikrinizi dəyişmək üçün hələ gec deyil” və “Zövqünüz necə də qəribədir” kimi fikirlər səsləndirilib.

Qeyd edək ki, 2025-ci ildə jurnalın bu tituluna britaniyalı aktyor Conatan Beyli layiq görülmüşdü. O, nəşrin diqqətindən məmnun qaldığını bildirmişdi.

Fatimə

Sfera.az

Açar sözlər:
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR