Logo

ABŞ texnikası erməni sərhədində - HAZIRLIQ

ABŞ texnikası erməni sərhədində - HAZIRLIQ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarına təxminən 1,4 milyon ABŞ dolları dəyərində nəqliyyat vasitələri və xüsusi avadanlıqlar bağışlayıb. ABŞ-nin Ermənistan sərhədçilərinə təqdim etdiyi 1,4 milyon dollar dəyərindəki yardım bir neçə məqsəd daşıyır.

Birincisi, Ermənistan Sərhəd Qoşunlarının və Sərhəd Xidmətinin texniki bazasını və operativ imkanlarını gücləndirmək. Xüsusilə Ayrum sərhəd-keçid məntəqəsində işin səmərəliliyini artırmaq, müasir İT avadanlıqları, nəqliyyat vasitələri (o cümlədən pikaplar və təcili tibbi yardım maşınları), qoruyucu vasitələr və təmir alətləri ilə təmin etmək, sərhədlərdən keçidi daha təhlükəsiz və səmərəli etmək, ölkənin suverenliyinin qorunmasına dəstək vermək.

Bu dəstək Zəngəzur dəhlizi ilə bağlı atılan ilk texniki addımlar hesab oluna bilərmi?

Sfera.az bildirir ki, hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, ABŞ-nin Ermənistana 1,4 milyon dollar dəyərində nəqliyyat vasitələri və xüsusi avadanlıqlar verməsini yalnız texniki yardım kimi qiymətləndirmək düzgün olmazdı. Bu addım Vaşinqtonun Cənubi Qafqazda həyata keçirmək istədiyi nəqliyyat və kommunikasiya layihələrinin təhlükəsizliyinə, xüsusilə də TRIPP təşəbbüsünün reallaşdırılmasına hazırlıq kontekstində də nəzərdən keçirilməlidir: “Çünki istənilən nəqliyyat dəhlizinin fəaliyyəti üçün təkcə yolların və dəmir yollarının tikintisi deyil, sərhəd-keçid məntəqələrinin müasir avadanlıqlarla təchiz olunması, gömrük nəzarətinin təkmilləşdirilməsi və sərhəd təhlükəsizliyinin təmin edilməsi də vacibdir.

ABŞ-nin Ermənistana təqdim etdiyi yardımın tərkibinə nəqliyyat vasitələri, təcili tibbi yardım avtomobilləri, qoruyucu vasitələr, təmir alətləri və Ayrum sərhəd-keçid məntəqəsi üçün müasir informasiya texnologiyaları avadanlıqları daxildir. Amerika tərəfi bu dəstəyin Ermənistanın sərhəd idarəetmə imkanlarını gücləndirməyə, insanların və yüklərin təhlükəsiz hərəkətini təmin etməyə, eləcə də regional bağlantıları inkişaf etdirməyə xidmət etdiyini açıqlayıb. TRIPP layihəsinin də rəsmi şəkildə bu yardımın əhatə etdiyi regional bağlantı istiqamətləri sırasında qeyd olunması diqqət çəkir.

Burada əsas məqam ondan ibarətdir ki, TRIPP sadəcə nəqliyyat infrastrukturu layihəsi deyil. Bu təşəbbüsün həyata keçirilməsi üçün Ermənistan ərazisindən keçəcək marşrutlarda təhlükəsizlik, gömrük prosedurları, sərhəd nəzarəti və logistika məsələlərinin həlli tələb olunur. ABŞ-nin Ermənistanın sərhəd xidmətinin texniki imkanlarını gücləndirməsi də həmin institusional hazırlığın bir hissəsi kimi hesab edilə bilər.

ABŞ-nin bu addımı Ermənistanla təhlükəsizlik sahəsində əməkdaşlığının genişləndirilməsi və Vaşinqtonun regiondakı iqtisadi-logistik təşəbbüslərə praktiki dəstək verməsi baxımından da diqqətəlayiqdir”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR