Hindistanda fırtına həyəcanı: Güclü yağışlar gözlənilir
Hindistanın Andhra Pradeş ştatının sahillərinə Benqal körfəzində yaranan "Arnab” siklonu çatıb. Fırtına nəticəsində küləyin sürəti saatda 135 kilometrə yüksəlib.
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, Andhra Pradeş ştatının Fövqəladə Halların İdarə Olunması Qurumunun rəhbəri Prakhar Jain bildirib ki, siklon ştatın sahil ərazilərində təsirini göstərməyə başlayıb.
Qurum rəsmilərinin məlumatına görə, fırtınanın daxili ərazilərə doğru irəlilədikcə zəifləyəcəyi və günün sonrakı saatlarında küləyin sürətinin azalacağı gözlənilir. İlkin məlumatlara əsasən, hadisə nəticəsində insan tələfatı qeydə alınmayıb.
Hindistan Meteorologiya İdarəsi siklonun quruya çıxma prosesinin başa çatdığını açıqlayıb. Bildirilib ki, Andhra Pradeş sahillərində və cənubda yerləşən Odişa ştatının bəzi ərazilərində güclü yağış və külək davam edəcək.






