"Bakı artıq şəhər deyil, bazardır, xilası mümkün deyil, ləğv olunmalıdır" - SƏRT AÇIQLAMA
Bir neçə gündür, paytaxtda güclü yağıntılar müşahidə olunur. Bəzi ərazilərdə bu, bir sıra fəsadlara səbəb olub. Aramsız yağışlar nəticəsində bəzi əraziləri su basıb, paylaşılan görüntülər isə vəziyyətin acınacaqlı olduğunu göstərib. Bu baxımdan, istər-istəməz hər kəs səbəbləri sorğulayır. Problem nədən qaynaqlanır? İqlim dəyişikliyi, yoxsa paytaxtın bəzi ərazilərində kanalizasiya sistemi problemi? Məsələ orasındadır ki, şəhərin bəzi mərkəz ərazilərində oxşar görüntülər müşahidə olunmayıb.