"Bakı artıq şəhər deyil, bazardır, xilası mümkün deyil, ləğv olunmalıdır" - SƏRT AÇIQLAMA

"Bakı artıq şəhər deyil, bazardır, xilası mümkün deyil, ləğv olunmalıdır" - SƏRT AÇIQLAMA

Bir neçə gündür, paytaxtda güclü yağıntılar müşahidə olunur.  Bəzi ərazilərdə bu, bir sıra fəsadlara səbəb olub. Aramsız yağışlar nəticəsində bəzi əraziləri su basıb, paylaşılan görüntülər isə vəziyyətin acınacaqlı olduğunu göstərib. Bu baxımdan, istər-istəməz hər kəs səbəbləri sorğulayır. Problem nədən qaynaqlanır? İqlim dəyişikliyi, yoxsa paytaxtın bəzi ərazilərində kanalizasiya sistemi problemi? Məsələ orasındadır ki, şəhərin bəzi mərkəz ərazilərində oxşar görüntülər müşahidə olunmayıb. Nərimanov, Neftçilər, Əhmədli, Yasamal, hətta Mərdəkan, Buzonva kimi yerlərdə vəziyyət daha ağırdır.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən sosioloq Elçin Bayramlı deyib ki, Bakı artıq çoxdandır, şəhər deyil, müəyyən ərazidə yerləşmiş, xaotik, idarə olunmayan bazar ərazisidir:

 

“Bakının “şəhər” anlayışı ilə zərrə qədər də əlaqəsi yoxdur. Şəhər xüsusi planlaşdırılmış arxitektura, düzgün sistemləşdirmə üzərində qurulan yaşayış məntəqəsidir – burada hər şey hesablanır, ölçülür, nizamlı şəkildə idarə olunur. Bakıda son on illərdə elə dəhşətli proseslər aparılıb ki, artıq bunu düzəltmək mümkün deyil. Bakının ləğv olunmaqdan başqa yolu qalmır, sadəcə olaraq şəhər sökülməlidir. Nəqliyyat tam kollaps vəziyyətində, bütün kommunal strukturlar dəfələrlə artıq yüklənib. Hər hansı bir təbii fəlakət zamanı şəhərdə dəhşətli mənzərə yaranacaq. Bütün mümkün boş qalan yerlərdə hündür binalar tikilib. Şəhər ancaq pul qazanmaq üçün mübarizə məkanına çevrilib. Heç bir planlaşdırma, infrastruktur, relyef sistemi, nəqliyyat axınları, kommunal təchizatlar nəzərə alınmadan bir bazar şəraiti yaradılıb. Bakı artıq iflic olmuş şəhərdir. Burada yüngül bir yağıntı zamanı biabırçı, fəlakət səviyyəsinə çatan vəziyyətin yaranması təəccüblü deyil. Hələ bəxtimizdən yüngün hadisələr baş verir. Bir neçə gün də yağış yağsa, şəhər tam şəkildə su altında qalacaq”.

 

Sosioloq qeyd etdi ki, burada səbəblərdən, çıxış yollarından danışmaq lazım deyil və hər kəsə bəllidir:

 

“Dünyanın ən qüdrətli alimləri belə Bakını düzəldə bilməz. Bakı yenidən paytaxt olmaq istəyirsə, mövcud binaların tam yarısı sökülməlidir. Xüsusilə son illərdə tikilənlərin 70-80 faizi...Sistem tamam dəyişilməli, baş plan üzrə düzgün sistem qurulmalıdır. Getdikcə vəziyyət pisləşir, şəhər ildən-ilə daha yaşanmaz hala gələcək. Yağıntılar zamanı mərkəzi hissələrdəki vəziyyətlə kənarlardakı vəziyyətin fərqli olmasının səbəbi məlumdur. Mərkəzi hissədə demək olar, heç kim yaşamır. Yalnız ofislər, idarələr fəaliyyət göstərir. Burada Sovet vaxtından çəkilmiş normal kanalizasiya sistemi var idi. Ona görə bir qədər mərkəzdə vəziyyət şükürlü oldu. Lakin şəhərətrafı ərazilərdə xaotik, biabırçı tikililər, ağına-bozuna baxmadan aparılan işlər, sistemlərin düzgün qurulmaması belə bir vəziyyətə gətirib çıxarır. Üstəlik, sosial şəbəkələrdə paylaşılan görüntülərdən görünür ki, mərkəzi hissələrə yağıntı az düşüb. Kənar ərazilərdə yağıntı daha çox olub, ona görə də fərq gözəçarpacaq dərəcədədir”.

 

Texnobloger Fərid Pərdəşünas isə bildirdi ki, yağışın normadan artıq yağdığını səbəb kimi göstərmək birmənalı şəkildə məsuliyyəti təbiətin üstünə atmaqdır:

 

 

“Ümumiyyətlə, təbiət konkret siyahı və norma əsasında çalışmır. Yəni bu ay Bakıya 56 mm, Gəncəyə 26 mm, Şamaxıya 30 mm “ver” demir. Bu sadəcə proqnozdur. İllər ərzində formalaşan data əsaslı proqnoz... Amma iqlim dəyişikliklərini nəzərə alsaq, proqnoz əsasında şəhərin drenaj sistemi qurula bilməz. Ən azından gözlənən yükün iki qatına qədər şəhər tab gətirə bilməlidir. Bakı isə o qədər yüklənib ki, heç insanlara belə tab gətirə bilməyəcək haldadır. Bakı şəhər olaraq bezib - tıxac, yerləşmə, drenaj probleminin həlli üçün şəhər gərək sökülə, sıfırdan yeni planla qurula...Bu gün olan mənzərə illərin məsuliyyətsiz yanaşmasının nəticəsidir və həlli üçün də elə illər lazımdır”.

 

Günay Rəsulqızı


 


OXŞAR XƏBƏRLƏR

5 ildə ABB Tech Akademiyasını 722 məzun bitirib

ABB-nin yaratdığı ABB Tech Akademiyasının fəaliyyətə başlamasından 5 il ötür. Akademiya 2019-cu ildə Bankın korporativ sosial məsuliyyət layihəsi çərçivəsində y...

Gülənin ölümü Türkiyənin lehinə nələri dəyişəcək? - Politoloq AÇIQLADI

FETÖ terror təşkilatının lideri Fətullah Gülənin ölümü dünya, o cümlədən Türkiyə mediasında hələ də müzakirə olunur.   Bununla bağlı Sfera.az-a açıql...

"Qarabağ" - "Ayaks" görüşü təxirə salınacaq? - AÇIQLAMA

UEFA Avropa Liqasının Liqa mərhələsinin üçüncü turunda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ayaks" görüşü tə...

İki nəfərin batdığı tunel hələ də suyun altındadır - VİDEO

Sabunçu rayonu Asif Əsədullayev küçəsində yerləşən və yağış suları ilə dolmuş tuneldə axtarış-xilasetmə tədbirləri davam etdirilir.   Sfera.az xəbər ...

Bu yolda ağac aşdı

Xətai rayonu, Babək prospekti, köməkçi yolda ağac yolun hərəkət hissəsinə aşıb.   Sfera.az xəbər verir kİ, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyat...

Meyitləri tapılan ər-arvadın 4 gün öncə övladı ölübmüş...- VİDEO

Dünən Sabunçu rayonunda evlərin birində meyiti tapılan İlqar Mehdiyevin və həyat yoldaşı Failanın intihar etmələri iddia olunur.   Sfera.az APA ...