"Bu problem bir neçə il öncə yenidən qurulmuş yolda baş verib..." - Osman Gündüz
“Adi bir yağış bir nömrəli magistralı, Prezidentin hərəkət trayektoriyasına daxil olan yolu da bağlayırsa, artıq nədən danışırıq?!” Sfera.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumununun prezidenti Osman Gündüz öz Feysbuk hesabında yazıb. O qeyd edib ki, Heydər Əliyev prospekti Prezidentin daimi istifadə etdiyi hərəkət trayektoriyasına daxil olan strateji əhəmiyyətli bir magistraldır: “Bu yolun hər qarışı daim nəzarət altındadır. Amma adi bir yağışla həmin yol bağlanıb, kritik vəziyyət