Oktyabr çağırışının gedişatı müzakirə olundu - FOTOLAR

Oktyabr çağırışının gedişatı müzakirə olundu - FOTOLAR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə oktyabr çağırışının gedişatı ilə bağlı Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib.

 

Sfera.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimovun sədrliyi ilə keçirilən iclasda Azərbaycan Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icra vəziyyəti müzakirə olunub.

 

Dövlət Xidməti tərəfindən 2024-cü ilin oktyabr çağırışının uğurla icra edilməsi və Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə keyfiyyətlə komplektləşdirilməsi məqsədilə zəruri işlərin görüldüyü diqqətə çatdırılıb.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə yaradılmış Mərkəzi Çağırış Komissiyası vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı rayon (şəhər) çağırış komissiyalarına rəhbərlik və onların fəaliyyətinə nəzarəti həyata keçirir. Mərkəzi Çağırış Komissiyasında 14 dövlət qurumu təmsil olunur. 

 

İclasın sonunda gündəlikdə olan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.


OXŞAR XƏBƏRLƏR

Yağışa görə bu avtobusların hərəkət istiqaməti dəyişdirildi - RƏSMİ

Bakıda İntensiv yağışlar nəticəsində tunellərin su ilə dolması bir sıra müntəzəm marşrutların fəaliyyətində dəyişikliklərə səbəb olub.   Sfera.az bu ...

Yolları dağıdan, tunel tavanına qədər yüksələn yağış suları: AAYDA hara baxır?

Hər dəfə Bakıya güclü yağışlar yağanda bəzi avtomobil yollarında və tunellərdə böyük həcmdə yağış sularının yığılması müşahidə edilir. Eyni hal oktyabrın 21-i v...

Dörd qurum subasma ilə bağlı birgə MƏLUMAT YAYDI

Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri, Bakı şəhər İcra Hakimiyyəti və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi birgə məlumat yayıb. &...

Məşhurlar daha çox bu yolla QAZANIR - ARAŞDIRMA

Məşhur simaların qazancları daima dəyişir. Onların gəlir mənbələri isə bir çox insanlara maraqlıdır. Azərbaycanda məşhur insanların qazancları bir sıra amillərd...

COP29 Azərbaycan Əməliyyat Şirkəti konfrans məkanında dayanıqlı enerji həllərini tətbiq edəcək

COP29 Azərbaycan Əməliyyat Şirkəti tədbirin bütün aspektləri üzrə dayanıqlılığın təşviqi və ətraf mühitə təsirlərin minimuma endirilməsi öhdəliyinin bir hissəsi...

SOCAR Qarabağ və Şərqi Zəngəzurda görüləcək işləri AÇIQLADI

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının karbon neytral zona kimi inkişaf etdirilməsi üçün hazırdır.   ...