“Ali təhsil müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma” mövzusunda tədbir keçirildi

“Ali təhsil müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma” mövzusunda tədbir keçirildi

Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin təşkilatçılığı ilə "Ali təhsil müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma" mövzusunda tədbir keçirilib.

 

Sfera.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 

Ali təhsil müəssisələri nümayəndələrinin iştirak etdiyi tədbirdə açılış nitqi ilə çıxış edən elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli tədbirin əhəmiyyətinə toxunub, ali təhsil siyasətinin effektiv həyata keçirilməsi baxımından bu cür müzakirələrin təşkilinin faydalılığını qeyd edib. Nazirin müşaviri ali təhsil sahəsində aktual mövzuların müzakirəsi üçün universitetləri təşəbbüskar olmağa dəvət edib. Təhsil proqramlarından danışan Nicat Məmmədli bildirib ki, bu proqramlar həm əmək bazarının tələbləri, həm də məsuliyyətli vətəndaşın yetişdirilməsinə münasibətdə hazırlanarsa, daha optimal və effektiv olar. 

 

Sonda bu cür görüşlərin mütəmadi təşkilinin vacibliyinə diqqət çəkən Nicat Məmmədli tədbirin təşkilatçılarına təşəkkürünü ifadə edib. 

 

Daha sonra Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman “Ali təhsil müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma” mövzusunda təqdimatla çıxış edib. Turxan Süleyman bildirib ki, hazırda elm və ali təhsil siyasətinə dair əsas strateji istiqamətlər müəyyən edilib və hər biri üzrə praktik addımlar atılmaqdadır. Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə ixtisasların yeni təsnifat layihəsi hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib. Növbəti mərhələdə doktorantura təhsili ilə bağlı da müvafiq işlərin, o cümlədən doktorantura təhsilinin yenidən təşkili məsələləri öz həllini tapacaq. 

 

Tələbə qəbuluna dair statistik məlumatları təqdim edən Turxan Süleyman növbəti illərdə qəbul planının daha da optimallaşdırılması istiqamətində işlər görüləcəyini diqqətə çatdırıb. 

 

Tədbirin ikinci hissəsində "Yeni təhsil proqramlarının (ixtisasların) açılması Qaydaları" ilə bağlı iştirakçılara məlumat verən Elm və ali təhsil siyasəti şöbəsinin müdir müavini Nərgiz Qaraxanova qeyd edib ki, bu qaydalar ali, orta ixtisas və peşə təhsili pillələrində yeni ixtisasların açılması məsələlərini tənzimləyir. Nərgiz Qaraxanova əlavə edib ki, təhsil proqramı (ixtisas) ölkənin inkişaf istiqamətlərinə uyğun olmalı və cəmiyyətin yüksək səviyyəli, rəqabətqabiliyyətli kadr potensialına tələbatının ödənilməsinə xidmət etməlidir. 

 

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, təklifləri dinlənilib. 


OXŞAR XƏBƏRLƏR

Operativ nəqliyyat vasitələrinin siyahısı genişlənir

Operativ nəqliyyat vasitələrinin siyahısı genişlənir.   Sfera.az xəbər verir ki, bu, bu gün Milli Məclisin iclasında müzakirəyə çıxarılan "...

“Minatəmizləmə fəaliyyəti haqqında” yeni qanun layihəsi I oxunuşda təsdiqləndi

“Minatəmizləmə fəaliyyəti haqqında” yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib.   Sfera.az xəbər verir ki, layihə parlamentin bugün...

Əhalinin NƏZƏRİNƏ: Bu şəxslər də pensiya alacaq

Minatəmizləyənlər əmək pensiyası ilə təmin olunacaqlar.   Sfera.az qafqazinfo-ya xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzaki...

Hacı Şahinin yenilənən məzarının GÖRÜNTÜSÜ - FOTO

Hacı Şahin Həsənlinin məzarı yenilənib.   Sfera.az xəbər verir ki, bu barədə teleaparıcı Hacı Nuran sosial şəbəkə hesabında paylaşım edib.   ...

Azərbaycanın FIFA referisi "Şaxtyor"un oyununa təyinat aldı

Azərbaycanın FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasında Ukraynanın "Şaxtyor" klubunun oyununa təyinat alıb.   Sfera.az xəbər verir k...

"Bakı artıq şəhər deyil, bazardır, xilası mümkün deyil, ləğv olunmalıdır" - SƏRT AÇIQLAMA

Bir neçə gündür, paytaxtda güclü yağıntılar müşahidə olunur.  Bəzi ərazilərdə bu, bir sıra fəsadlara səbəb olub. Aramsız yağışlar nəticəsində bəzi ərazilər...